Xəbərlər

23 Nov

“Manage Your Project-4” layihəsinin bağlanış mərasimi baş tutub


23 noyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin bağlanış mərasimi baş tutub.

 

Qeyd edək ki, 6 həftə davam etmiş layihəyə ümumilikdə 386-dan çox gənc müraciət etmiş və müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 35 gənc layihədə iştirak şansı əldə etmişdir.

 

Seçilmiş gənclərə bu müddət ərzində layihə yazılması, idarə edilməsi, büdcə hazırlanması və s. mövzularda təlimlər keçirilmişdir. Gənclər komandaya bölünərək layihələr hazırlamış, təqdim etmişlər. Layihənin son günündə təqdimatlar dinlənmiş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.