21 sen
“Manage your Project-4” layihəsinin iştirakçıları ilə görüş keçirilib

21 sentyabr
2019-cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin elan etdiyi
“Manage your Project-4” layihəsinin bütün mərhələlərindən uğurla keçən layihə
iştirakçıları ilə görüş keçirilib.
Görüş zamanı layihə
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara “Cavan” Gənclər
Hərəkatı İctimai Birliyinin fəaliyyəti, gələcək planları, layihələri haqqında
geniş məlumat verilib və təklifləri dinlənilib.
Görüş Gənclərin
İnkişaf və Karyera Mərkəzində keçirilib.
Qeyd edək ki, layihə növbəti 6 həftə
ərzində də intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata
keçiriləcək.
Baxış sayı: 3224