12 okt
“Manage Your Project-4” layihəsinin III təlim günü baş tutub

12 oktyabr 2019-cu il tarixində, “Cavan” Gənclər
Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4”
layihəsinin III təlim günü baş tutub. Üçüncü həftədə iştirakçılar komandalara
bölünərək müxtəlif layihələr üzərində işləyib və keçirilən mövzular üzrə
müxtəlif nümunələrlə tanış olublar.
Təlimlər müddətində seçilən iştirakçılara layihə
mövzusunun seçilməsi, layihənin yazılması, büdcənin hazırlanması, layihələrin
idarə edilməsi və layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat
veriləcək.
Qeyd edək ki, layihə növbəti 3 həftə ərzində də
intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.
Baxış sayı: 3156