Xəbərlər

28 sen

“Manage Your Project 4” layihəsinin l təlim günü baş tutub


28 sentyabr 2019 – cu il tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project 4” layihəsinin birinci təlim günü baş tutmuşdur. Layihəyə ümumilikdə 386-dən çox gənc müraciət etmiş, müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 30 gənc layihədə iştirak şansı əldə etmişdir. 

 

Seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında geniş təlimlər keçiriləcəkdir.

 

Qeyd edək ki, layihə növbəti 5 həftə ərzində də intensiv formada Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcək.