02 Nov
“Manage Your Project-4” layihəsinin V təlim günü baş tutub
2 noyabr 2019-cu il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4” layihəsinin V təlim günü baş tutub.
Beşinci həftədə iştirakçılar komandalara
bölünərək müxtəlif layihələr üzərində icra planını hazırlayıb, xronoloji
ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyətini, onun icra
vaxtını və icraçılarını göstərib, keçirilən mövzular üzrə müxtəlif nümunələrlə
tanış olublar. Sonda hər bir komanda öz layihəsini təlimçi və digər iştirakçılara təqdim ediblər.
Xatırladaq ki,
təlimlər müddətində seçilən iştirakçılara layihə mövzusunun seçilməsi,
layihənin yazılması, büdcənin hazırlanması, layihələrin idarə edilməsi və
layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat veriləcək.
Qeyd edək ki, layihənin sonuncu həftəsi
növbəti həftə, yəni 09 noyabr 2019-cu il tarixində Gənclərin İnkişaf və Karyera
Mərkəzində həyata keçiriləcək.
Baxış sayı: 4913