16 noy
“Manage Your Project-4” layihəsinin Vl təlim günü baş tutub

16 noyabr 2019-cu il tarixində, “Cavan”
Gənclər Hərəkatı İctimai Birliyinin həyata keçirtdiyi “Manage Your Project-4”
layihəsinin Vl təlim günü baş tutub. Altıncı həftədə komandalar layihə
müddətində öyrəndikləri biliklər əsasında üzərində işlədikləri müxtəlif
layihələri yekunlaşdırıblar. Sonda hər bir komanda öz layihəsini təlimçi və
digər iştirakçılara təqdim edib.
Xatırladaq ki, təlimlər
müddətində seçilən iştirakçılara layihə mövzusunun seçilməsi, layihənin
yazılması, büdcənin hazırlanması, layihələrin idarə
edilməsi və layihənin təqdimatının hazırlanması haqqında daha geniş məlumat
verilib.
Baxış sayı: 3422