22 iyl
YAY FEST-in İV günü uğurla başa çatıb

İştirakçılar festivalın 4-cü günündə də himni səsləndirməklə başlayıb.
Daha sonra səhər idmanı edib, əyləncəli oyunlara qoşulub, müxtəlif formatda panellərdə
iştirak ediblər və bütün bunlarla
yanaşı Dövlət Sərhəd Xidmətinin silahlı
birləşmələrinin iştirakçılarımız üçün nümayiş etdirdiyi hərbi proqramla yadda
qalıb. Hərbi proqram çərçivəsində gənclərimiz müasir silah, avadanlq və
texnikalardan ibarət sərgi ilə tanış olub, əsgər və zabit heyətinin nümunəvi
çıxışlarını izləyiblər. Bununla da, onlar Azərbaycan Ordusunun qadir olduğu gücün bir daha
şahidi olublar.
Günün sonunda Nadeer-in ifasında konsert proqramı ilə yadda qalıb.
Qeyd edək ki, “YayFest – gənclər düşərgəsi” Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ Turizm Mərkəzinin ərazisində həyata keçirilib.
Baxış sayı: 3981