Xaricdə təhsil alan və yaşayan həmvətənlərimizin diqqətinə!
Xaricdə
təhsil alan və yaşayan həmvətənlərimizin diqqətinə!
Əziz gənclər!
“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Fransanın
Strasburq şəhərində ”Azərbaycan qadını - 100 il” forumuna qeydiyyatın
başlandığını elan edir.
Forum çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyət müddətində
görülən işlər və ən əsası Azərbaycan qadınına şərqdə ilk dəfə seçki hüququnun
verilməsi ilə əlaqədar müzakirələr təşkil olunacaqdır. Foruma eyni zamanda
xaricdə yaşayan gənclər dəvət olunacaqdır ki, bu da şanlı tariximizin
beynəlxalq arenada tanıdılması üçün olduqca vacibdir.
Qeyd edək ki, layihə 19-20 dekabr 2018-ci il tarixlərində Avropa Gənclər
Mərkəzində keçiriləcək və seçilən iştirakçılar forum müddətində yaşayış
xərcləri ilə təmin olunacaqdır.
Sonda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.
Qeydiyyat linki: https://goo.gl/j1LThv
Son qeydiyyat tarixi: 10 dekabr 2018-ci il
Əlaqə nömrəsi: +994 50 421 04 15
Mənbə: https://bit.ly/318PjjM