Layihələr

“Azərbaycan Qadını” Forumu keçiriləcək

17 March 2019


17 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi Günay Məhərrəmlinin “Azərbaycan Qadını” Forumu keçiriləcək.

“Azərbaycan Qadını” Forumunun keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə uğur qazanmış qadınlarla gənclərin görüşünü təşkil etmək, müzakirələr aparmaq, müxtəlif suallara cavab tapmaqdan ibarətdir.

Forumda iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

 

“Azərbaycan Qadını” forumunun spikerləri və onların çıxış edəcəyi mövzularla daha yaxından tanış olun.