Fəaliyyətimiz

BiznesMən“ layihəsinin bu həftə qonağı Emil Hüseynov olacaq

16 April 2019



“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin ilk təlimi 16 mart tarixində saat 11:00-da baş tutacaq.

 

Bu həftənin qonağı “Gilan Agriculture” Qrupunun İnsan Resursları Departamentinin  direktoru Emil Hüseynov olacaq.


Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə ilk təlimdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi ilk təlimdə iştirak edə bilərsiniz.

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.

Qeydiyyat üçün link: 
https://bit.ly/2O4ps69