Layihələr

"BiznesMən“ layihəsinin dördüncü təliminin qonağı Zaur Darabzadə olacaq

13 Aprel 2019


“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin dördüncü təlimi 13 aprel tarixində saat 10:30-da baş tutacaq.

 

Bu həftə layihənin qonağı CinemaPlus Azərbaycanın idarə heyətinin üzvü Zaur Darabzadə olacaq.

Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə təlimlərdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə bilərsiniz.

 

Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.

Qeydiyyat üçün link: 
https://forms.gle/gw3cxrkXrUuTwLS38