"BiznesMən“ layihəsinin növbəti qonağı Bəhruz Hidayətzadə olacaq
20 Aprel 2019

20 aprel
tarixində saat 10:30-da “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi,
Gənclərin İnkişaf və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək
İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“
layihəsinin növbəti təliminin qonağı "Caspian Event Organizers LLC”nin İcraçı direktoru Bəhruz Hidayətzadə olacaq.
Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə
təlimlərdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən
linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə
bilərsiniz.
Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və
Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.
Qeydiyyat üçün link: Qeydiyyat üçün link: http://bit.ly/2UHSsag
Baxış sayı: 3747