Cavan “Music Baattle” layihəsinə start verir
24 - 25 Noyabr 2019
.png)
Artıq həftəsonlarını planlamaqda
çətinlik çəkməyəcəksiniz! Hamımız birlikdə əylənəcəyik!
Cavan “Music Baattle”
layihəsinə start verir.
Bu dəfə Azərbaycanda heç
zaman olmayan, tam fərqli bir layihə ilə qarşınızdayıq.
Layihənin
formatına əsasən ilk həftə iştirakçılar üç hissədən ibarət olan tar və gitara
ifaçılarının yarışmasını izləyəcəklər. İlk hissə ifaçılar tərəfindən öncədən
hazırlanan musiqilərin ifası, ikinci hissə musiqi parçalarının qarşılıqlı
ötürülməsi ilə davam edəcək. Üçüncü mərhələdə musiqiçilər onlara öncədən bəlli
olmayan musiqi nömrələrini səsləndirəcəklər. Yarışma başa çatdıqdan sonra iştirakçılar
üçün xüsusi party təşkil ediləcək.
Qeyd edək
ki, layihə çərçivəsində ilk həftə olduğu kimi növbəti həftələrdə də, gənclərin
iştirakı ilə musiqi yarışları təşkil ediləcək.
Layihənin ilk həftəsi 24 noyabr
tarixində saat 18:00-da baş tutacaq.
Layihədə iştirak
üçün heç bir ödəniş tələb olunmur.
İlk yarışma
haqqında daha ətraflı: https://www.facebook.com/events/443810573209015/
Baxış sayı: 4414