Fəaliyyətimiz

Yaşat, Bir ömrü uzat!

01 - 09 December 2019


Yaşat, Bir ömrü uzat!

 

Azərbaycan Respublikasının Gənclər Fondu, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "Yaşat, Bir ömrü" uzat! devizi altında qanvermə aksiyasına start verilir.

 

Qanvermə aksiyası 1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə davam edən “Könüllülük Həftəsi” çərçivəsində həyata keçiriləcək.

Aksiyada toplanan qan Talassemiyalı xəstələrə kömək məqsədilə "Talassemiya Mərkəzi"nə veriləcək.

 

Qeyd edək ki, aksiya 6 dekabr tarixində saat 9:00-15:00 aralığında "Mərkəzi Qan Bankı"nda həyata keçiriləcək.

 

Aksiyada iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/hnnguDpFtHRPqr9z5

TƏDBİRƏ QEYDİYYAT