Layihələr

Yay Fest gəlir!

14 - 18 İyul 2019


Yay Fest gəlir!

 

Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Yay Fest - Azərbaycan Gənclər Festivalı" üçün iştirakçı qəbuluna start verir.

 

Festival 5 gün ərzində Şahdağ Qış-Yay Turizm Kompleksində baş tutacaq. Gənclər günün ilk yarısında müxtəlif təlim, seminar, müzakirə və görüşlərdə, günün ikinci yarısında əyləncəli, intellektual, idman oyunlarında iştirak edəcəklər. Hər günün sonunda möhtəşəm konsert proqramları təşkil ediləcək.

 

Festival müddətində müxtəlif tarixi-mədəni ərazilərə səfərlər təşkil ediləcək.

 

Qeyd edək ki, festivalda iştirak haqqı qazanan gənclər yaşayış tentlərində gecələyəcəklər.

Seçimlər zamanı yaşı 18-23 olan yaradıcı, müxtəlif olimpiada və elmi müsabiqə qalibləri, ictimai fəal gənclərə, eləcə də yüksək göstəricilərə malik tələbələrə üstünlük veriləcək.

Festival 14-18 iyul tarixlərində baş tutacaq.

 

Qeydiyyat linki: https://bit.ly/2NzKRrt

 

Son müraciət tarixi: 4 iyul