Новости

11 мая

"Şahmatda Onlayn Gediş" layihəsinə yekun vurulub


Əziz gənclər,
"Şahmatda Onlayn Gediş" layihəsinə yekun vurulub.
"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn şahmat turnirinə yekun vurub.
İlk öncə yarış iştirakçılarının iştirakı ilə turnirin online açılış mərhələsi həyata keçirilib. İştirakçılara turnirin keçirilmə məqsədi, qaydaları haqqında məlumat verilib.
Daha sonra turnirin seçmə mərhələsi baş tutub.
111 şahmatçının iştirak etdiyi seçmə mərhələnin sonunda 10 şahmatçı finala vəsiqə qazanıb.
10 may tarixində baş tutan final mərhələsində 9 oyundan
8.5 xal toplayan Qədimbəyli Abdulla 1-ci,
8 xal toplayan Bəşirli Nail 2-ci,
6.5 xal toplayan Talıbov Şiroğlan 3-cü yeri qazanıb.
Yarışın hakimi Beynəlxalq usta, Azərbaycanın Əməkdar məşqçisi, Beynəlxalq hakim Orxan Abdulov olub. Bütün oyunlar diqqətlə izlənilib, beynəlxalq yarış qaydalarına əməl edilib.
Qeyd edək ki, ilk yerin qalibinə Magnus Carlsen şahmat dəsti (Şahmat lövhəsi və şahmat saatı), ikinci və üçüncü yerin qaliblərinə Şahmat lövhəsi hədiyyə hədiyyə olunacaq. Əlavə olaraq yarışda iştirak etmiş 14 yaşadək bütün şahmatçılar Əməkdar məşqçi Orxan Abdulovun 2 qrup dərsində ödənişsiz iştirak edə biləcəklər.
Qalibləri təbrik edir, bütün iştirakçılara uğurlar arzu edirik!
#CAVAN #ATGTİ #evdəqal #evdəmən