Strasburqda ``Azərbaycan qadını - 100 il`` Forumu baş tutub
SalamNews. Gənclər
Fondunun maliyyə dəstəyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin
təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində ``Azərbaycan qadını - 100 il``
Forumu baş tutub.
Gənclər
Fondundan SalamNews-a verilən
məlumata görə, forumda İtaliya, Polşa, Almaniya və Fransada təhsil alan və
yaşayan Azərbaycanlılar eyni zamanda, Fransa, Ukrayna, Rusiya, Türkiyə,
Qırğızıstan dövlətlərindən olan nümayəndələr iştirak edib.
Forumun
açılış mərasimində ``Cavan`` Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun
müavini Murad Ağabəyli çıxış edərək forumun məqsədindən və qarşıya qoyulan
hədəflərdən bəhs edib.
Daha
sonra Avropa Gənclər Mərkəzinin icraçı direktoru Tina Mulcahy çıxış edərək 100
il öncə əksər Avropa ölkələrindən daha əvvəl Azərbaycanda qadına seçki
hüququnun verilməsinin önəmini qeyd edib.
Forumun
ilk günü baş tutan panellərdə çıxışçılar Azərbaycan qadınının 100 il ərzində
keçdiyi həyat yolundan bəhs edən məruzələr ilə çıxış ediblər.
Forumun
2-ci günü iştirakçıların bir qrupu Avropa Şurasına səfər etmişdir. Daha sonra
baş tutan paneldə “Azərbaycan – Fransız Universiteti” nin direktoru Vazeh
Əsgərov video zəng vasitəsilə Foruma qoşularaq Diaspora fəaliyyəti haqqında
geniş çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Eyni
zamanda xüsusi olaraq bu forum üçün hazırlanmış film nümayiş olunub.
Forumun
işçi dili Azərbaycan və Fransız dilləri olub.
Источник: https://bit.ly/2UdZMJw