CAVAN OL

Xəbərlər

17 sen

“Manage Your Project 2” layihəsinin üçüncü günü baş tutmuşdur

16 sentyabr 2018 – ci il tarixində, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Manage Your Project 2” layihəsinin son görüşü baş tutmuşdur.

Qeyd edək ki, 3 gün davam etmiş layihəyə ümumilikdə 150-dən çox gənc müraciət etmiş, müsahibəyə dəvət olunmuşdur. Müsahibədən uğurla keçmiş 25 gənc layihədə iştirak şansı əldə etmişdir.

Seçilmiş gənclərə bu müddət ərzində layihə yazılması, idarə edilməsi, büdcə hazırlanması və s. mövzularda təlimlər keçirilmişdir. Gənclər komandaya bölünərək layihələr hazırlamış, təqdim etmişlər. Layihənin son günündə təqdimatlar dinlənmiş, iştirakçılara sertifikatlar təqdim edilmişdir.