CAVAN OL

Xəbərlər

29 may

"Öz Gedişini Et" layihəsinin beçinci şahmat turniri baş tutub

25 may tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Öz Gedişini Et" layihəsinin beçinci şahmat turniri baş tutub. İsveçrə sistemi ilə oynanılan turnirin may ayı üçün qalibi Fərid Hüseynli olub.

 

Qeyd edək ki, həvəskar şahmatçılar üçün təşkil edilən şahmat turnirdə ayın və ilin qaliblərinə Cavan tərəfindən qiymətli hədiyyələr təqdim ediləcək.

Turnirdə iştirak ödənişsizdir.

 

İlin sonunda bütün ayların qalibləri üçün final turu təşkil ediləcək.

 

Növbəti turnir 29.06.2019 tarixində həyata keçiriləcək.