CAVAN OL

Xəbərlər

24 iyl

“ SHOW THE STORY” video müsabiqəsinin qalibləri elan olundu

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə elan etdiyi video-müsabiqənin qalibləri müəyyən edilmişdir.

Ümumilikdə 10-dan çox gənc video çarx göndərərək müsabiqəyə müraciət etmişdir. Təşkilat komitəsi tərəfində 3 video çarx seçilərək qalib elan olunmuşdur.

1-ci yerin qalibi "Maestro" filmi ilə Orxan Adıgözəlov

2-ci yerin qalibi "Qaranlıqdan Zəfərə" (https://goo.gl/k22Sx5)filmi ilə Məhəmməd Əliyev

3-cü yerin qalibi "Nəcibə Hüseynova" ( https://goo.gl/Yc3oU8) filmi ilə Nəzrin Məmmədova olmuşdur.

Qeyd edək ki, qaliblər müvafiq olaraq 1000, 600 və 400 AZN-lik pul mükafatı ilə təltif olunacaqlar

Orxan Adıgözəlovun "Maestro" filmini diqqətinizə təqdim edirik.