CAVAN OL

Mediada Cavan

«Dihaj» Bulvar konserti

Sentyabrın 23-24-dı “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda “Xəzərin sahilində” küçə musiqisi festivalı keçirilib

"Qaynarinfo" xəbər verir ki, Milli Musiqi Gününə həsr olunmuş festivalda müxtəlif janrlarda ifa edən iyirmidən artıq ifaçı və qrup iştirak edib.

Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi nöqtələr ayrılıb və avadanlıqla təchiz olunub. Festivalın keçirildiyi tarixlərdə kiçik səhnələrdə ifaçılar biri-birini əvəz etməklə öz proqramlarını təqdim ediblər. Festivalının ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, istənilən arzu edən şəxsə burada ifa etmək imkanın verilməsi olub

Festivalın sonuncu günündə "Dihaj" qrupu çıxış edib. Konsertdən fotoları təqdim edirik.

Foto: Sultana Əhmədbəyli

Qaynarinfo.Az

Mənbə: http://bit.do/ezrRx