CAVAN OL

Layihələr

“Gələcəyin peşələri” layihəsi

01 fevral 2018 - 15 mart 2018

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin (E-GOV Education & Training Center) təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə region gənclərinin məşğulluğunun təmin edilməsi istiqamətində maarifləndirmə məqsədi daşıyan “Gələcəyin peşələri” layihəsinə start verildi. Layihə çərçivəsində region gənclərinə yaxın gələcəkdə daha çox ehtiyac duyulacaq peşələr haqqında məlumat veriləcək.

1 fevral 2018-ci il tarixində, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin texniki imkanlarından istifadə etməklə, Bakı ilə yanaşı Gəncə, Zaqatala, Şəki, Lənkəran, Bərdə və Mingəçevirdə yaşayan, orta məktəblərin 10-11-ci sinif şagirdləri üçün onlayn mühazirə təşkil olunacaq. Məktəblilər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin onların regionunda yerləşən auditoriyasına toplaşaraq Bakıda təşkil olunan bu mühazirənin iştirakçısı olacaqlar.