CAVAN OL

Layihələr

“Sahillər təmiz qalsın” aksiyası

16 sentyabr 2018

Tətil bitdi və enerji dolu, gözəl əhval-ruhiyyə ilə ətraf mühiti qorumağın əsl vaxtıdır!

Azərbaycan Respublikası Gənclər Fondu, IDEA İctimai Birliyi, “Təmiz Şəhər” ASC və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi ilə birgə keçiriləcək təmizlik aksiyasına Siz də qoşula bilərsiniz.

Gəlin, 16 sentyabrda Xəzərin sahilini məişət tullantılarından təmizləyək və daha sağlam ətraf mühit yaradaq! Ətraf mühiti qorumaq üçün bu möhtəşəm aksiyada hər birinizi görmək istərdik.

Qeyd edək ki, iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz ediləcək, həmçinin nəqliyyat və qida ilə təmin olunacaqlar.

Aksiya başa çatdıqdan sonar gənclər üçün əyləncəli proqram nəzərdə tutulmuşdur. ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀

Aksiyada iştirak etmək istəyən 16-29 yaşlı gənclərdən öz ad, soyad və təvəllüdünü, eləcə də əlaqə nömrəsini “təmizlik aksiyası” başlığı altında info@ayf.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Aksiya Xəzər dənizinin Buzovna sahilində baş tutacaqdır.

Saat 09:00-da H.Cavid parkının qarşısından xüsusi avtobuslar vasitəsilə aksiyanın keçiriləcəyi məntəqəyə gediş təmin olunacaq.

Bizə qoşul və Xəzərin sahillərinin təmizlənməsində Sən də iştirak et!