CAVAN OL

Layihələr

"Turizm Könüllüləri" layihəsinə start verildi

19 - 28 iyul 2018

"Cavan" Gənclər Hərəkatı İctimai Birliyi Turizm Könüllülərinin qəbulunu elan edir!

Seçilmiş könüllülər, Dənizkənarı Milli Park və Fəvvarələr Meydanı ərazisində xüsusi geyimlərdə ölkəmizə qonaq gələn turistlərə kömək edəcəklər. Könüllülər 2 növbə olmaqla 10:00-14:00 və 19:00-23:00 saatlarında fəaliyyət göstərəcəklər.

Müraciət edən gənclərin seçimi zamanı onların dil biliklərinə diqqət yetiriləcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirilir.

Siz də turizm hərəkatının bir parçası olmaq istəyirsinizsə, o zaman aşağıdakı müraciət formasını dolduraraq müraciət edə bilərsiniz!  

Qeydiyyat linki: https://goo.gl/Azneg4

Əlaqələndirici şəxs: Səba Əliyeva

Vəzifə: Beynəlxalq Əlaqələr Departamentinin meneceri

Tel: (+994 12) 404 10 65

E-mail: saba.aliyeva@cavan.az

Ünvan: BEGOC Office, Zarifa Aliyeva 93.