"BiznesMən“ layihəsinin növbəti qonağı Gülşən Cumayeva olacaq
27 April 2019
27 aprel tarixində
saat 10:30-da “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi, Gənclərin İnkişaf
və Karyera Mərkəzi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin
birgə təşkilatçılığı ilə təşkil olunan "BiznesMən“ layihəsinin sonuncu
təliminin qonağı "Bank of
Baku”nun Reklam və İctimaiyyətlə Əlaqələr
Departamentinin direktoru Gülşən Cumayeva olacaq.
Gənclərdən gələn təklifləri nəzərə alaraq sizə təlimlərdə sərbəst dinləyici olmaq şansı yaradırıq. Belə ki, aşağıda göstərilən linkdən qeydiyyatdan keçərək, sərbəst dinləyici kimi təlimdə iştirak edə bilərsiniz.
Qeyd edək ki, layihə 8 təlimdən ibarət olacaq və
Gənclərin İnkişaf və Karyera Mərkəzində keçiriləcək.
Qeydiyyat üçün link: https://forms.gle/gw3cxrkXrUuTwLS38
Baxış sayı: 4686