News

29 Jul

YAY FEST-in V günü uğurla başa çatıb


 
Azərbaycanın ilk və ən böyük yay festivalı olan YAY FEST-in V günü uğurla başa çatıb.

 

İştirakçılar festivalın 5-ci günündə də Azərbaycan dövlət himni ilə start verilən Yay Fest-in sonuncu günündə iştirakçılar səhər idmanı etdikdən sonra, futbol üzrə çempionatda qalib olan komandalar mükafatlandırılıb. Sonda isə Startap və innovasiyalar üzrə mütəxəssis Sərxan Həşimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov ilə gənclərin görüşü baş tutub və festival uğurla yekunlaşıb.

 

Qeyd edək ki, “YayFest – gənclər düşərgəsi” Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ  Turizm Mərkəzinin ərazisində həyata keçirilib.