“Cavan” könüllülərlə görüş keçirdi
“Cavan” Gənclər Hərəkatı İctimai
Birliyinin təşkilatçılığı ilə könüllülərlə görüş keçirilib.
"Ölkə.Az"
xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə
gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini
artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı
inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan
Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq “Cavan”
Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə 15 yanvar 2020-ci il
tarixində Binəqədi Gənclər Evində təşkilatın aktiv könüllüləri ilə görüş
keçirilib.
Görüşdə təşkilat
tərəfindən cari ildə keçiriləcək layihələrlə bağlı geniş təqdimat edilib.
Könüllülərin
təşkilatın həyata keçirəcəyi layihələrdə daha aktiv iştirakının təmin olunması
istiqamətində müzakirələr aparılıb, təkliflər dinlənilib.
“Cavan” könüllüləri
cənab Prezidentin sözügedən sərəncamı ilə onlara yaradılan imkanları layiqincə
dəyərləndirməyə çalışacaqlarını qeyd ediblər.
Qeyd edək ki, “Cavan”
Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən “Könüllülər ili” ilə bağlı silsilə
layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Baş tutacaq
layihələrdə könüllülərin şəxsi inkişafına, gənclərin könüllü işinə təşviqinə,
onlara vətənpərvərlik ideyalarının aşılanmasına, asudə vaxtlarının səmərəli
təşkilinə önəm veriləcək.
Source:
https://bit.ly/37QMCGo